“İstənilən təcrübəyə istinad etmək lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Federasiya Şurasının sədr müavini Dmitri Medvedevin Stalinin məktubunu oxumasını şərh edərkən deyib.
Qeyd edək ki, Medvedev müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə dünənki görüşündə Stalinin teleqramını oxuyub.
“İstənilən təcrübə nəzərə alınmalıdır. O vaxt çox çətin dövr idi, Böyük Vətən Müharibəsi idi. Bu, əlbəttə ki, əvəzolunmaz təcrübədir”, – Peskov bildirib.
Azpost.info