Kremlin sözçüsü Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Putin indi keçmişə nisbətən daha yumşaq, danışıqlara daha açıqdır” açıqlamasına münasibət bildirib.
Azpost.info xəbər verir ki, Peskov Putinin əvvəldən danışıqlara açıq olduğunu və bu barədə dəfələrlə danışdığını deyib.
“Putin xüsusi əməliyyatdan əvvəl NATO, ABŞ və ATƏT ilə danışıqlara başlamağa çalışıb. Rusiya və Ukrayna arasında sənədin mətni praktiki olaraq razılaşdırılanda da danışıqlara açıq idi”, – Peskov qeyd edib.
O əlavə edib ki, dəyişən Ukrayna tərəfinin mövqeyidir.
Kremlin sözçüsü onu da qeyd edib ki, Ərdoğanın bəhs etdiyi telefon danışıqları hələ Rusiya liderinin cədvəlində yoxdur: “Lakin prezidentlər tez-tez danışır, bir neçə saat ərzində razılaşırlar”.
Azpost.info