“Peyvənddən imtina edən məmurlar vəzifədən azad ediləcək” –ABŞ Prezidentinin mətbuat katibi

“ABŞ federal hökumət rəsmiləri koronavirusa qarşı peyvənddən imtina etdikləri halda vəzifələrindən azad olunacaq, lakin işin bu həddə çatmayacağına ümid edirəm”.

TASS  xəbər verir ki, bunu cümə axşamı ABŞ Prezidentinin mətbuat katibi Cen Psaki brifinqdə deyib.

Jurnalistlərin “məmurlar peyvənddən imtina edərkən intizam tədbiri olaraq onların işdən çıxarılacağı ehtimal olunur” sualını Psaki təsdiq edib: “Doğrudur, lakin ümid edirəm ki, vəziyyət bu həddə çatmayacaq. Bizim vəzifəmiz, əlbəttə ki, peyvəndlərin təhlükəsizliyi, effektivliyi və mövcudluğu haqqında federal hökumət rəsmilərinə məlumat verməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstnda kişi ailəsini aclıqdan xilas etmək üçün 4 yaşlı qızını satıb

Sonrakı məqalə

“Taliban” ABŞ-ı sülh müqaviləsini pozmaqda günahlandırıb