Peyvəndi ələ salan, “virus yoxdur” deyən məşhur bloqer koronavirusdan öldü –

FOTO
26 İyul 2021 - 11:10

ABŞ-da koronavirusa inanmayan və peyvənd kampaniyasını daim ələ salan məşhur bloger Stiven Qarmon  xəstəxanda vəfat edib.

Azpost.info BBC radiosuna istinadən bildirir ki, Kaliforniyadan olan 34 yaşlı Qarmon koronavirusdan dünyasını dəyişib.

O, peyvəndləmənin qatı əleyhdarlarından hesab edilirdi. Qarmon hətta koronya yoluxduqdan sonra da pandemiyaya lağlağı edirdi. İstehza ilə yazırdı ki, ABŞ-ın baş infeksionisti Əntoni Fauçiyə yox, Bibliyaya inanır.

Qarmon Los-Ancelesdəki klinikada müalicə alırdı. Müalicə zamanı onda pnevmoniya kəskin şəkildə artıb. Bundan sonra həkimlər Qarmonu süni tənəffüs aparatına qoşublar. Amma bloqerin həyatını xilas etmək mümkün olmayıb.