Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Pezeşkian İranda ilk dəfə sünni siyasətçini özünə müavin təyin edib

User 27 Avqust 2024 - 17:25 (Last updated: 21 May 2025 - 20:15)
iran sunni nazir

İranın islahatpərəst prezidenti Məsud Pezeşkian deputat Əbdülkərim Hüseynzadəni özünün kəndlərin və az imtiyazlı ərazilərin inkişafı üzrə müavini təyin edib.

Bu təyinat avqustun 26-da elan edilib. Hüseynzadə 1979-cu il islam inqilabından bəri İran hökumətinə təyin olunan ilk sünni siyasətçidir. Pezeşkian sərəncamında Hüseynzadəni sədaqəti və dəyərli təcrübəsinə görə bu vəzifəyə seçdiyini qeyd edib.

Hüseynzadə kəndlərdə həyat şəraitinin yaxşılaşdırılması və kəndlərin inkişaf göstəricilərinin təkmilləşdirilməsi üzrə çalışacaq. 44 yaşlı Hüseynzadə 2012-ci ildən şimal-qərbi Nəqədə və Oşnevie şəhərlərini parlamentdə təmsil edib.

Hökumətin dəyərləndirməsinə görə, sünni müsəlmanlar İranın şiə çoxluqlu əhalisinin 5-10 faizini təşkil edirlər. 1979-cu il islam inqilabından üzü bəri onlar nadir hallarda əsas vəzifələrdə olublar.

İyulun 5-də prezident seçkisinin ikinci turunu qazanan Pezeşkian milli birlik hökuməti quracağını deyib. Onun komandasının üzvləri bununla İranın etnik və dini fərqliliyini təmsil edəcək nisbətən gənc kabinetin nəzərdə tutulduğunu deyiblər.

Ancaq Pezeşkian bu ayın əvvəlində nazir postlarına namizədlər siyahısına sünni müsəlmanlar kimi az təmsil olunan qruplardan namizəd salmadığına görə tənqid olunmuşdu.

Ötən həftə mühafizəkarların nəzarətində olan parlament 19 nazir postuna namizədləri bir dəfəyə təsdiqləyib. 2001-ci ildən belə bir addım görülməmişdi. Hökumətə etimad səsverməsindən öncə Pezeşkian deputatlara deyib ki, o, üzvləri Ali dini lider Əli Xamenei ilə koordinasiyalı şəkildə seçib. Bu zaman çoxları belə bir qənaətə gəldi ki, Pezeşkian hökumətinin üzvlərini ali dini lider seçib və bunu İranda prezidentin səlahiyyətinin necə məhdud olmasının göstəricisi adlandırdılar.

Pezeşkian hökumətində üç qadın da var. Yollar naziri Fərzanə Sadiq islam respublikası tarixində nazir təyin olunan ikinci qadındır. Digər qadınlar isə Pezeşkianın qadınlar və ailə məsələləri üzrə köməkçisi Zəhra Bəhruz-Azar və prezidentin köməkçisi, Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Şina Ənsaridir.

Post navigation

Previous: Putin Mehriban Əliyevanı təbrik edib
Next: Rafael Qrossi Kursk AES-ə baxış keçirib, nüvə təhlükəsi olduğunu bildirib

Oxşar xəbərlər

ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.