Pirşağıda kollektor tikilən ərazidə təhlükəsizlik tədbirləri görülüb-ADSEA

Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat verir.

Məlumata görə, tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.

“Bəzi media orqanlarında və sosial şəbəkələrdə paylaşılan Pirşağı qəsəbəsi ərazisində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə əlaqədar araşdırma və rəsmi açıqlama üçün müvafiq quruma müraciət etməyiniz tövsiyə olunur,” – qurumdan bildirilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.