Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Piylənmə ilə əlaqəli yeni genlər aşkar edilib – ARAŞDIRMA

User 02 Noyabr 2025 - 11:00 (Last updated: 02 Noyabr 2025 - 12:11)
piylenme

Piylənmə bu gün milyonlarla insana təsir edən qlobal sağlamlıq problemidir və ürək xəstəliyi, tip 2 diabet, yüksək təzyiq və digər xəstəliklərlə əlaqəlidir. Pəhriz və fiziki aktivlik kimi amillər mühüm rol oynasa da genetik faktorlar da piylənməyə əhəmiyyətli təsir göstərir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Penn State Universitetinin alimləri “Nature Communications” jurnalında dərc olunan yeni tədqiqatda altı fərqli əcdad qrupuna (Afrika, Amerika, Şərqi Asiya, Avropa, Yaxın Şərq və Cənubi Asiya) mənsub təxminən 850 min nəfərin genetik məlumatlarını araşdırıblar. Nəticədə piylənmə ilə əlaqəli 13 gen müəyyən edilib, bunlardan beşi ilk dəfə bu xəstəliklə əlaqələndirilib. Yeni tapılan genlərdən YLPM1, RIF1, GIGYF1, SLC5A3 və GRM7 artıq məlum olan MC4R və BSN genləri kimi ağır piylənmə riskini üç dəfə artıra bilər. Bu genlərin əsasən beyin və yağ toxumasında aktiv olduğu bildirilib. Tədqiqat göstərib ki, bəzi genlər həm piylənməyə, həm də tip 2 diabet və ürək xəstəlikləri kimi digər problemlərə birbaşa təsir göstərir. Bu da piylənmənin niyə digər xəstəliklərlə sıx bağlı olduğunu izah etməyə kömək edir. Alimlərin sözlərinə görə, araşdırma əcdadlararası genetik tədqiqatların əhəmiyyətini vurğulayır. Əvvəlki tədqiqatlar əsasən avropalı iştirakçılara əsaslandığından, digər əcdad qruplarında mühüm genlərin gözdən qaçma ehtimalı yüksək idi.

Penn State professoru Santoş Girirajan bildirib: “Əcdadlararası yanaşma bizə piylənmənin genetik səbəblərinə daha geniş baxış verir və gələcəkdə fərdiləşdirilmiş müalicə üsullarının inkişafına kömək edə bilər”.

Bu tapıntılar gələcəkdə piylənmə və əlaqəli xəstəliklərin qarşısının alınması və müalicəsində yeni genetik hədəflərin müəyyənləşdirilməsinə yol aça bilər.

AzPost.az

Post navigation

Previous: Putinlə Tramp arasında operativ görüşə ehtiyac yoxdur
Next: Milli Məclisin sədri Böyük Misir Muzeyinin açılış mərasimində

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.