Planetin ən yaşlı sakini öldü– İki dünya müharibəsindən, iki pandemiyadan sağ çıxmışdı (FOTO)

Planetin ən yaşlı sakini – 118 yaşlı Lyusil Randon dünyasını dəyişib.

Azpost.info xəbər verir ki, fransalı Lyusil daha çox “Andre bacı” kimi tanınırdı.

“Bu, çox kədərlidir, lakin o, sevimli qardaşına qovuşmaq istəyirdi. Onun üçün bu, azadlığa çıxmaqdır”, – Randonun son illərdə yaşadığı qocalar evinin sakinlərindən biri deyib.

11 fevral 1904-cü ildə Fransanın cənubunda anadan olan Lyusil Randon iki dünya müharibəsindən, ispan qripi pandemiyası və COVID-19-dan sağ çıxmışdı. O, hətta 2021-ci ildə koronavirusa yoluxmuş, lakin müalicə olunaraq ən yaşlı insan üçün koviddən sağalma rekordunu təmin etmişdi.

Son illərdə Lyusil görmə qabiliyyətini itirmişdi və əlil arabasında hərəkət edirdi. Bununla belə, 0, 108 yaşına qədər  monastırda işləməyə davam etmişdi.

L.Randonun ölümündən sonra Mariya Branyas Morera yer üzündə yaşayan ən yaşlı insan oldu. İspaniyalı Morera 4 mart 1907-ci ildə anadan olub və hazırda onun 116 yaşı var.

Azpost.info

Əvvəlki məqalə

Paşinyan Vardanyanın Qarabağı tərk etməsini tələb edir –

Sonrakı məqalə

“Sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərimizdən kriminal ünsürlər çıxarılmalıdır”