Polis argentinalı futbolçuları oyun zamanı həbs etdi –FOTO

Avqustun 5-də Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Braziliya seçməsinin qonağı olub.

Matçın dördüncü dəqiqəsində Braziliya hüquq mühafizə orqanları Argentina millisinin 4 oyunçusunu həbs eləmək üçün stadionun daxil olublar. Belə ki, İngiltərədən Braziliyaya gələn – Emiliano Buendia, Emiliano Martinez, Christian Romero və Giovanni Lo Celso həbs edilib. Buna səbəb isə hər dörd futbolçunun 14 günlük karantində qalmamaqları olub.

Həbsdən dərhal sonra bütün Argentina heyəti soyunub geyinmə otağına yollanıb və matçı təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Qəddafinin oğlu həbsdən azad edildi –

Sonrakı məqalə

Dünyada təhlükə altında olan heyvan və bitki növlərinin sayı rekord səviyyəyə çatıb