Polis Bakıda bıçaqlanan məktəb şagirdinə öz qanını verib-Yeniyetmənin həyatı xilas olunub

Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.
Azopst.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev məlumat verib.
Kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib.
Fakt üzrə Səbail RPİ-də cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağda Rusiya sülhməramlılarına yeni komandan təyin olunub

Sonrakı məqalə

“Hərbçilər postda məni terrorçu kimi saxladılar” –