Polis Göyçayda 14 yaşlı qıza edilən toy mərasiminin qarşısını alıb

Polis Göyçay rayonu Çərəkə kəndində 14 yaşlı qızın sabah olacaq toy mərasiminin qarşısını alıb.
Azpost.info bildirir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat verib.
Qeyd edək ki, erkən nikahla bağlı hüquq müdafiəçisi bu gün paylaşım edib. DİN buna operativ reaksiya verib.
“Göyçay rayonu Çərəkə kəndində 14 yaşlı qızın sabah olacaq toyu ilə bağlı Göyçay Rayon İcra HakimiyyətiAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığım müraciət əsasında icra hakimiyyəti müvafiq komissiyası və Göyçay Polis şöbəsinin əməkdaşları tərəfindən erkən nikah faktı araşdırlıdı və təsdiqini tapdı. Hal hazırda ailə polis şöbəsinə dəvət edilib, onlarla profilaktik söhbətlər aparılır”-deyə o vurğulayıb.
K.Ağazadə deyib ki, ailə bunu nişan mərasimi kimi qələmə versə də toy olduğu barədə əlində faktlar olub: “Bu toy idi. Sabah qızı evliliyə Ağsuya gəlin köçürəcəkdilər. Hansı maşında aparılacaqdı, onu da bilirdim. Əsas məqsədimiz bu izdivacın dayandırılması, evlilik yaş həddinə qədər bunun cinayət olmasını bir daha diqqətə çatdırmaqdır”.
Əvvəlki məqalə

“Satqınlar və tamahkarlar, qoy, sümükləriniz yad ellərdə çürüsün!”

Sonrakı məqalə

“Mariupol qədim rus şəhəridir”