Polis maşınının üstündə oturub pivə içən gənc 15 sutka həbs edilib –

FOTO
17 Aprel 2020 - 20:55

Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobilinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilib. 

Fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cü il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.