Polis “Sədərək”də əməliyyat keçirib- DİN-dən açıqlama

Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının paytaxtın Abşeron və Qaradağ rayonları ərazisində keçirdikləri reydlər nəticəsində Xırdalan şəhərindəki bir köşkdən 2120 ədəd, “Sədərək” ticarət mərkəzində Z.Mirzəyevdən isə 1750 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanda qəzaya uğramış təyyarə ilə bağlı

Sonrakı məqalə

Hadı Rəcəblinin deputatlığa namizədliyi irəli sürülüb –