Qazaxıstanda qəzaya uğramış təyyarə ilə bağlıTƏFƏRRÜATLAR

Qazaxıstanda qəzaya uğramış “Bek Air” aviaşirkətinin təyyarəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Trend-in məlumatına görə, təyyarə 1996-cı ildə istehsal olunub.

Qazaxıstanın baş nazir müavini Roman Sklyar bildirib ki, həmin təyyarə Qazaxıstanda 2016-cı ilin avqustunda qeydiyyata alınıb.

Onun sözlərinə görə, təyyarənin qara qutusu aşkar edilib. Hazırda bununla bağlı araşdırma aparılır.

Qəza nəticəsində həlak olanların kimliyi də bəlli olub. Ölənlər arasında “Informburo.kz” xəbər agentliyinin redaktoru Dana Kruqlova və Qazaxıstan Generallar Şurasının sədri Rustem Kaydarov da var.

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenski Dövlət Təhqiqat Bürosunun direktorunu vəzifəsindən azad etdi

Sonrakı məqalə

Polis “Sədərək”də əməliyyat keçirib