Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Polisdən moped və motosiklet sürən uşaqların valideynlərinə xəbərdarlıq

User 26 Avqust 2025 - 10:49 (Last updated: 26 Avqust 2025 - 10:49)
motosikletçini

motosikletçini

Təəssüf ki, dəfələrlə olunan xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər. Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə xəbərdarlıq edib.

“Qeyd olunmalıdır ki, son zamanlar azyaşlı uşaqların moped və motosikletləri əyləncə məqsədilə ümumi istifadədə olan yollarda idarə etməsi hallarına rast gəlinir. Bu, həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də onların sağlamlığı və həyatının birbaşa təhlükə altına düşməsi deməkdir. Unudulmamalıdır ki, nəqliyyat vasitəsini idarə etmək xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir və uşaqların belə hərəkətlərə yol verməsi qanunla qadağandır”, – deyə müraciətdə bildirilib.

BDYPİ bir daha bütün valideynlərə müraciət edərək övladlarının bu kimi təhlükəli hərəkətlərinə laqeyd qalmamağa, onlara ciddi nəzarət etməyə çağırıb.

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: Borca görə axtarışda olan 65 nəfər saxlanılıb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

lotereya
  • Maraqlı

Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq?

User 06 Noyabr 2026 - 13:23
ABŞ-ın Nyu-Cersi ştatında alınan lotereya bileti sahibinə 847 milyon dollar qazandırıb. Azpost.info bildirir ki, bu, Amerikanın “Powerball”...
Read more about Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq?
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir? urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50
Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR

User 06 Noyabr 2026 - 12:45
Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.