Polşa hərbi helikopteri Belarusun dövlət sərhədini pozdu- Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

“Polşa hərbi helikopteri Belarusun dövlət sərhədini 1200 metr keçib”.

Azpost.info xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsindən bildirilib.

Komitənin məlumatına görə, hərbçilər helikopteri Qrodno vilayətinin Berestovitski rayonunda aşkar etdikdən sonra o, Polşa tərəfinə qayıdıb.

Belarus tərəfi hadisə ilə bağlı dərhal Polşa hakimiyyətinə məlumat verib.

Belarus Xarici İşlər Nazirliyi Polşanın Minskdəki müvəqqəti işlər vəkili Voyçex Filimonoviçi çağıraraq hadisənin hərtərəfli araşdırılmasını və müvafiq izahatların verilməsini tələb edib.

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Polşa tərəfinin Minskin məlumatını yoxlayacağını bildirib.

“Biz vəziyyəti təhlil edəcəyik, lakin Belarus tərəfinin mesajlarına çox ehtiyatla yanaşmaq lazımdır, çünki onlar Lukaşenko rejimindən gəlir”, – XİN rəsmisi deyib.

Azpost.info

Əvvəlki məqalə

XİN Paşinyana cavab verib

Sonrakı məqalə

Sabah hava necə olacaq?