Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə 107 km uzunluğunda tikanlı məftilli hasar çəkib.
Azpost.info xəbər verir ki, bu barədə Polşanın Rusiya ilə həmsərhəd bölgəsinin sərhəd mühafizəsi üzrə yetkilsi Miroslava Aleksandroviç məlumat verib.
“Biz artıq 107 km-ə yaxın hasar inşa etmişik”, – o bildirib.
Hündürlüyü 2,5, eni 3 metr olan bu hasar 2022-ci ilin noyabrından Polşa ordusu tərəfindən şəkilib.
Rəsmi açıqlamalara görə, bu qərar miqrasiya təzyiqi təhlükəsi səbəbindən qəbul edilib. Ötən il Polşa sərhədçiləri Rusiya ilə sərhədi qanunsuz keçmə ilə bağlı 11, bu il isə cəmi bir fakt qeydə alıblar.
Azpost.info