Polşa Rusiya ilə sərhəddə hasar çəkir- Müdafiə nazirindən açıqlama

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın tikintisinə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak bu gün keçirdiyi brifinqdə bildirib.

“Artıq bu gün Polşa-Rusiya sərhədində müvəqqəti səddin tikintisinə başlanılır. Üç cərgə tikanlı məftildən ibarət olacaq hasarın hündürlüyü 2,5 metr olacaq”, – Blaşak deyib.

Onun sözlərinə görə, bu qərar Rusiyanın Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açması ilə əlaqədar verilib ki, bu da miqrasiya təzyiqi təhlükəsi yaradır: “Bu, Polşa ilə Kalininqrad vilayəti arasında sərhəddə təhlükəsizliyi artıracaq. İşlər sürətlə aparılacaq, çünki əsgərlərimizin Polşa-Belarus sərhəddində belə sədd çəkmək təcrübəsi var”.

Azpost.info

Əvvəlki məqalə

Pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq –

Sonrakı məqalə

“Rusiya Ukrayna ilə bağlı istənilən təmas və danışıqlara hazırdır”