“Rusiya Ukrayna ilə bağlı istənilən təmas və danışıqlara hazırdır”- ZAXAROVA

“Rusiya Ukrayna ilə bağlı istənilən təmaslara və danışıqlara hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib .

“Biz həmişə istənilən növ danışıqlara, istənilən təmaslara açığıq, heç vaxt qapını bağlamırıq. Siz yaxşı bilirsiniz ki, mütəxəssislərimiz ən çətin vəziyyətlərdə belə, müvafiq arzu və niyyətini ifadə edən hər kəslə həmişə dialoq aparırlar.”, – Zaxarova bildirib.

Eyni zamanda, XİN rəsmisi qeyd edib ki, Rusiya mövcud siyasi vəziyyətə əsaslanaraq öz məqsədlərinə, vəzifələrinə və milli maraqlarına köklənir.

Azpost.info

Əvvəlki məqalə

Polşa Rusiya ilə sərhəddə hasar çəkir

Sonrakı məqalə

“Qərb nüvə silahı mövzusunu məqsədli şəkildə gündəmə gətirir”