Polşa Rusiyanın təhdidlərindən sonra hərəkətə keçdi- Xüsusi istehkamçı batalyon yaradılır

Polşanın Litva ilə sərhəddə yerləşən Suvalk dəhlizini qorumaq üçün xüsusi istehkamçı batalyon yaradır.

Azpost.info xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak bildirib.

“Bu, bizim sıfırdan yaratdığımız başqa bir hərbi hissədir və sizi əmin edirəm ki, bu, sonuncu olmayacaq”, – Blaşak deyib.

Nazirin sözlərinə görə, yeni bölmənin əsas vəzifəsi NATO-nun şərq cinahını gücləndirməkdir. Batalyon 2023-cü ilin sonuna kimi yaradılacaq və 16-cı mexanikləşdirilmiş diviziyanın tərkibinə daxil olacaq.

Uzunluğu 100 kilometrdən bir qədər çox olan Suvalk dəhlizi Polşanı Baltikyanı ölkələrlə birləşdirir və Belarusu Rusiyanın Kalininqrad vilayətindən ayırır. Onun tutulması halında Litva, Latviya və Estoniyanın digər NATO ölkələri ilə əlaqəsi kəsiləcək.

Bundan əvvəl Dövlət Duması “Vaqner” özəl hərbi şirkətinin köməyi ilə Suvalk dəhlizini ələ keçirməyi planlaşdırdığını açıqlamışdı.

İyulun 14-də Belarus Müdafiə Nazirliyi “Vaqner”in ölkəyə hərbi kadrların hazırlanması üçün gəldiyi barədə məlumat yayıb. Məlumata görə, əvvəlcə söhbət ölkənin mərkəzindəki Osipoviç yaxınlığında ərazi qoşunlarının bölmələri ilə təlim keçməkdən gedirdi, lakin sonra məlum olub ki, muzdlular Polşa ilə sərhəddən 30 km aralıda yerləşən Brest vilayətindəki poliqonda hərbi qulluqçulara təlim keçiblər.

Belarusa gedən “Vaqner”çilərin dəqiq sayı məlum deyil. İlkin məlumatlara görə, ora 10 min döyüşçü gəlməlidir. Polşa və Litva onların hərəkətlərini diqqətlə izlədiklərini bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Ötən 6 ayda ölkədən 348 min ton meyvə-tərəvəz ixrac edilib –

Sonrakı məqalə

Radioyayım şəbəkəsinin genişləndirilməsi üçün 13 milyon ayrıldı –