Polşa Saakaşvili üçün Gürcüstana həkim qrupu göndərmək istəyir

Polşa keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana bir qrup həkim göndərməyi təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə bugünkü brifinqdə Polşa hökumətinin sözçüsü Petr Müller bildirib.

“Bizim humanitar və tibbi yardım qrupumuz Gürcüstana getməyə və yerindəcə lazımi müayinələr aparmağa, lazım gələrsə, yardım göstərməyə hazırdır”, – Müller deyib.

O, Polşa hakimiyyətinin Gürcüstan tərəfinin razılığını gözlədiyini bildirib.

Müllerin sözlərinə görə, Saakaşvilinin tibbi yardım məsələsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradır:  “Ona görə də biz Gürcüstan ərazisinə tibbi qrup göndərməklə bu şübhələri aradan qaldırmağa hazırıq. Ümid edirik ki, Gürcüstan hakimiyyəti razılıq verəcək”.

Azpost.info

 

Əvvəlki məqalə

Polis Saatlıda etirazçılara qarşı silah tətbiq etməyib

Sonrakı məqalə

Ərdoğan YAP nümayəndə heyətini qəbul edib