Polşa Ukraynaya vəd etdiyi alman istehsalı olan 14 ədəd “Leopard 2” tankından əlavə, 60 tank da göndərəcək.
Bunu Polşanın Baş naziri Kanada televiziyasına müsahibəsində bildirib.
“Hazırda biz 30-u “PT-91” olmaqla, 60 modernləşdirilmiş tankımızı da göndərməyə hazırıq”, – deyə Baş nazir Mateuş Moravetski əlavə edib.
Qeyd edək ki, “PT-91” Polşa istehsalı olan və 1990-cı illərdə istifadəyə verilmiş döyüş tankıdır.
