Polşada Zelenskiyə sui-qəd hazırlayan şəxs həbs olunub

Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna prokurorluğu və Təhlükəsizlik Xidməti ilə birgə Vladimir Zelenskiyə sui-qəsd planı hazırlamaqda Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşı Pavel K.-ni saxlayıblar.

Azpost.info bildirir ki, bu barədə Polşa Milli Prokurorluğu məlumat yayıb.

İstintaq müəyyən edib ki, Pavel K. Ukraynada müharibədə bilavasitə iştirak etmiş Rusiya vətəndaşları ilə əlaqə saxlayıb və onların göstərişi ilə Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplayaraq Rusiya hərbi kəşfiyyatına ötürüb.

“Bu, başqa şeylərlə yanaşı, Rusiya xüsusi xidmət orqanlarına xarici dövlət başçısının – Ukrayna prezidenti Vladimir Zelenskinin həyatına mümkün sui-qəsdi planlaşdırmağa kömək etməli idi”, – prokurorluq bildirir.

Həmin şəxs bir gün əvvəl, aprelin 17-də Polşada saxlanılıb. O, maksimum səkkiz il həbs cəzası nəzərdə tutan xarici kəşfiyyatın maraqlarına uyğun hərəkət etməyə hazır olduğunu bildirməkdə ittiham edilib.

Əvvəlki məqalə

Stoltenberq təcili olaraq Ukraynaya HHM sistemlərini verməyə çağırıb

Sonrakı məqalə

Ukrayna Krımdakı hərbi aerodromuna zərbə endirdiyini təsdiqləyib