Portuqaliya-Azərbaycan oyununu bu hakimlər idarə edəcək

23 Mart 2021 - 12:56

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

AFFA-nın məlumatına görə matç almaniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltyn kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu martın 24-də, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək.