Ukraynaya giriş qaydaları sərtləşdirilib

Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş qaydalarını sərtləşdirib. İndi koronavirus üçün PCR testi tələb olunacaq.

Səhiyyə naziri Maksim Stepanovun brifinqdə verdiyi məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bütün xarici ölkə vətəndaşları üçün Ukraynaya giriş zamanı PCR testi tələb ediləcək. PCR testi 48 saatdan gec olmayaraq təqdim edilməlidir.

Qeyd edək ki, koronavirusa yoluxma halları artdığından, Ukraynanın bir çox vilayətləri “qırmızı zona” elan edilib və karantin şərtləri sərtləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

Sonrakı məqalə

Portuqaliya-Azərbaycan oyununu bu hakimlər idarə edəcək