Portuqaliya millisi Fernandu Santuşla 4 illik müqavilə imzalayıb

16 İyun 2020 - 23:16

Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuşun gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Portuqaliya Futbol Federasiyası (FPF) mütəxəssislə yeni müqavilə imzalamağa qərar verib.

65 yaşlı mütəxəssislə 4 illik anlaşma əldə edilib. O, 2024-cü ilədək yığmanın “sükanı arxası”nda olacaq.

Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya yığmasını çalışdırır. Onun rəhbərliyi altında milli AVRO-2016 və Millətlər Liqasının 2018/19 mövsümünün qalibi olub.

ApaSport