Prezident:"Qazaxıstanda əcnəbilərin qeydiyyatı ləğv olunmalıdır"

“Qazaxıstanda sərmayə və turizm mühitini daha da yaxşılaşdırmaq üçün yerli miqrasiya polisində əcnəbilərin icbari qeydiyyatı ləğv olunmalıdır”.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Qasımcomərd Tokayev Almatı şəhərinin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.

“İri şəhərləri, bütövlükdə ölkəni sərmayə və turizm baxımdan daha cazibədar hala gətirməyi həqiqətən də istəyiriksə, onda əcnəbilərin miqrasiya polisi orqanlarında icbari qeydiyyatı kimi çoxdan köhnəlmiş qaydadan yaxa qurtarmalıyıq”, – dövlət başçısı deyib.

O, icbari qeydiyyatın böyük korrupsiya mənbəyi olduğunu, nəticədə ölkənin nüfuzuna xələl gəldiyini söyləyib: “Sərhəd nəzarətindən keçmək elə qeydiyyatdan keçmək deməkdir. Hökumət bu məsələni Yeni ilədək həll etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Puçdemonun ekstradisiyası təxirə salındı

Sonrakı məqalə

Bu il ölkədə pambıq yığımı rekord həddə olacaq