“Prezident Administrasiyasında 19 nəfər koronavirusa yoluxub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
- Bayramlı FHN-də də 5 nəfərin koronavirusa yoluxduğunu deyib.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib.