Prezident Administrasiyasında iki yüksək vəzifə boşdur

12 Sentyabr 2020 - 09:52

Prezident Administrasiyasında iki şöbəyə müdir təyinatının olması gözlənilir.

Oxu.Az-ın məlumatına görə, bunlar Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya və Sənəd dövriyyəsi şöbələridir.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamları Prezident Administrasiyasının yeni strukturu formalaşdırılıb.