Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident “Apple Maps” və “Yandex Maps”ın ölkə üzrə Mərkəzinin təməlini qoyub

User 20 İyul 2022 - 19:36 (Last updated: 21 May 2025 - 20:15)
ilham yandex

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1,5 hektar ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək.

Layihə çərçivəsində cəmiyyət tərəfindən Sənaye Parkında müxtəlif xidmətlər təklif edəcək 7 mərtəbəli biznes mərkəzi inşa olunacaq. Mərkəz müasir ağıllı sensorla və yüksək dəqiqliyə malik texnologiya ilə təchiz ediləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“4MAPS Bilgi Teknolojileri” MMC-nin təsisçisi Abdullah Demirtaş Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.

Bildirildi ki, “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Şərqi Avropa, Gürcüstan, MDB, Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) Azərbaycanda fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə müxtəlif layihələr həyata keçirildi. Xüsusilə indi biz Qarabağda bütün bərpa işlərini bərabər görürük. Amma bu sahədə hələ ki, işlər olmamışdır. Bu, birinci layihədir.

Abdullah Demirtaş: Üç xəritədə də erməni adları azərbaycancaya təmənnasız dəyişdirildi. Allahın izni ilə, bir həftə içərisində yenidən Qarabağa gedəcəyik, bu dəfə “Google” ilə “mübarizə aparmağa”. Çünki biz “Google”un tərəfdaşı deyilik. Amma “Google” üçün buradan cihazlarımızı göndərəcək, koordinatlarımızı ötürəcək və bildirəcəyik ki, artıq Azərbaycan buraya sahibdir…

Prezident İlham Əliyev: Bəli, küçələrin, kəndlərin, şəhərlərin adları.

Abdullah Demirtaş: Hamısını dəyişdirdik. “Apple”da, “Here”də, “Yandex”də hamısını dəyişdirmişik. Avtomobilinizə də bu yaxınlarda “Here”in yenilənmiş xəritəsi gəldiyi zaman, növbəti dəfə Qarabağa səfər edəndə, inşallah, Azərbaycan dilində adları görmüş olacaqsınız.

Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.

Post navigation

Previous: Prezident Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
Next: Britaniyada baş nazirlik uğrunda mubarizə bu iki nəfər arasında gedəcək

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.