Prezident idmançılarımız və onların məşqçilərini mükafatlandırıb- SƏRƏNCAM (MƏBLƏĞ)

Prezident İlham Əliyev ABŞ-ın Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

– birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat;

– üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat.

Əvvəlki məqalə

Çin XİN Azərbaycana və Ermənistana çağırış edib

Sonrakı məqalə

Daşkəsənin sel keçən hissəsindən görüntülər