Prezident İlham Əliyev Paşinyanla görüşün şərtini açıqladı –Dövlət başçısı France 24”-ə nə deyib? (VİDEO)

Prezident İlham Əliyev Fransanın “France24” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Prezident eyni zamanda xəbərdarlıq edib ki, İrəvanın torpaqların geri qaytarmaq üçün atacağı istənilən addım sərt reaksiya ilə qarşılaşacaq.

Azpost.info-nun telekanala istinadən verdiyi məlumata görə, İ.Əliyev bildirib ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk görüşü dialoq və sülh qərarının tapılması üçün yaxşı göstəricidir.

Prezident qeyd edib ki, sülh danışıqlarına hazırdır, amma Ermənistan rəhbərliyi indiyə qədər adekvat reaksiya verməyib. İlham Əliyev deyib ki, əgər Minsk qrupunun vasitəçiləri baş nazir Paşinyanla görüş təşkil etsələr etiraz etməyəcək.  Lakin prezident Ermənistana xəbərdarlıq edib ki, Qarabağla bağlı əraziləri qaytarmaq niyyəti sərt reaksiya ilə qarşılaşacaq.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında münaqişə həmişəlik həll edilib və keçmiş vəziyyətə qayıdış heç vaxt vaş verməməlidir.

Azərbaycan prezidenti vurğulayıb ki, Qarabağ bölgəsinə hər hansı bir status verilməsi müzakirə olunmur,  Ermənistan və Minsk Qrupu da bu yeni reallığı qəbul etməlidirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Dövlət Departamentində Minsk qrupu həmsədrləri ilə görüş keçirilib

Sonrakı məqalə

İlham Əliyevin “France-24” telekanalına MÜSAHİBƏSİ –