Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya Kralı Əlahəzrət VI Felipeyə məktub göndərib.

Məktubda deyilir:

“Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Əvvəlki məqalə

“Hacıqabulda beş nəfərin ölümü ilə nəticələnmiş yanğın araşdırılır”

Sonrakı məqalə

Putin Qırğızıstan prezidentini təltif etdi