Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Prezident İlham Əliyev Si Cinpini təbrik edib

User 28 Sentyabr 2024 - 13:52 (Last updated: 21 May 2025 - 20:15)
ilham cin lideri

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı yetirməkdən böyük məmnunluq duyuram.

Ötən dövr ərzində Çin Xalq Respublikası bütün sahələrdə – iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, dünyanın ən güclü və qüdrətli dövlətləri sırasında yer almışdır. Bütün bu nailiyyətlərdə şəxsən Sizin də misilsiz rolunuz və xidmətləriniz vardır.

Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir.

İyulda Astanada Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür.

Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoq, iqtisadiyyat, ticarət nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. “Kəmər və yol” və “Orta dəhliz” layihələri çərçivəsində səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim.

Eyni zamanda biz Çinlə iqlim dəyişmələri ilə mübarizədə, o cümlədən “yaşıl” enerji, yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində birgə fəaliyyətimizi daha da dərinləşdirmək, ölkənizin qabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etmək əzmindəyik. İnanıram ki, noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da Çinin fəal iştirakı qlobal iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və gələcək nəsillərə daha təmiz və dayanıqlı dünyanı miras qoymaq məqsədinə çatmağımıza töhfə verəcəkdir.

Hörmətli cənab Sədr,

Əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm”.

Post navigation

Previous: “Hizbullah” dünəndən öz lideri ilə əlaqəni itirib –
Next: Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.