Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyevin Media Forumun iştirakçılarına müraciət edib

User 21 Noyabr 2025 - 11:20 (Last updated: 21 Noyabr 2025 - 11:20)
ilham aliyev forum

Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli Forum iştirakçıları,

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.

Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.

Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.

Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.

Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.

D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm”.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

AzPost.az

Post navigation

Previous: Alimlər Marsda sirli daş tapdılar –
Next: “Biz jurnalistlərin peşəkarlığına və media savadlılığına xüsusi diqqət yetiririk” –

Oxşar xəbərlər

telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33
elektrik xetti
  • Baş Yazı

Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq?

User 22 Oktyabr 2026 - 14:45
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54

xƏBƏR

telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33
Xaricdə təhsil alan azərbaycanlıların sayı ilə bağlı açıqlanan rəqəmlər arasında ciddi fərq var. Bir tərəfdən, qeyri-rəsmi hesablamalarda...
Read more about Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?
İşıq pulunu azaltmaq üçün lampanı nə vaxt söndürmək lazımdır? elektrik isiq
  • Maraqlı

İşıq pulunu azaltmaq üçün lampanı nə vaxt söndürmək lazımdır?

User 22 Oktyabr 2026 - 16:25
Dəniz balığı ilə bağlı xəbərdarlıq – Qaraciyərə zərər vura bilər baliq
  • Maraqlı

Dəniz balığı ilə bağlı xəbərdarlıq – Qaraciyərə zərər vura bilər

User 22 Oktyabr 2026 - 16:10
Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək? ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
Rusiya müdafiə nazirindən NATO ilə bağlı açıqlama: 2027-ci ildə nə dəyişəcək? rus mudafie naziri
  • Dünya

Rusiya müdafiə nazirindən NATO ilə bağlı açıqlama: 2027-ci ildə nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.