“Prezident Putinin sağ olduğuna əmin deyiləm” –Zelenskidən qəribə açıqlama

“Rusiya Prezidenti Putinin sağ olduğuna əmin deyiləm”.

“Ukraina seyças” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda səhər yeməyi zamanı bildirib.

O qeyd edib ki, bu gün kiminlə danışacağını və nə danışacağını tam başa düşə bilmir: “Bəzən axsayaraq görünən adamın Rusiya Prezidenti olduğuna əmin deyiləm. Mən onun sağlam olduğunu tam başa düşə bilmirəm. Qərarı o verir, yoxsa başqası. Bu insanın çevrəsində kimlər var? Bu barədə məndə heç bir məlumat yoxdur”.

Zelenski əlavə edib ki, Rusiyanın hələ də Ukrayna ərazisindən çıxmasına şansı var. (Report)

Əvvəlki məqalə

Tbilisdə Kikabidze ilə vida mərasimi yekunlaşır – FOTO

Sonrakı məqalə

Vasif Talıbov xəstələnib, Bakıdan Naxçıvana xüsusi həkim gəlib