“Ümumilikdə Rusiya sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirirəm. Əlbəttə, məmnun olmadığımız məsələlər də var, şikayətlərimiz də var. İlk sırada bura bizm torpaqlara xarici ölkə vətəndaşlarının qeyri-qanuni səfərləri ilə bağlıdır”.
Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev Anadolu agentliyinə verdiyi müsahibəsində bildirib.
“Biz dəfələrlə bu məsələni gündəmə gətirdik. Çünki Qarabağ bizim ərazimizdir. Bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş və maşın girə bilməz. Bizdən icazə alınmalıdır. Amma deyim ki, tam olaraq, yüz faiz bu məsələ çözülməyib. Onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qeyri-qanuni səfərləri çox azsaylıdır. Bunu deməliyik. Bizim siyasətimiz və israrlarımızla artıq bu məsələyə son verilir. Amma istərdik ki, bizim müstəqilliyimizə, ərazi bütövlüyümüzə tam şəkildə hörmət göstərilsin. Rusiyanın yüksək vəzifəli Rusiya rəsmiləri Qarabağın Azərbaycan torpağı olduğunu bildirirlər. Bu vəziyyətdə orada vəzifələrini həyata keçirən hərbçilər də öz fəaliyyətlərini bu açıqlamalara uyğun şəkildə icra etməlidirlər”-deyə Prezident vurğulayıb.