“İranın sərhədimizdə keçirdiyi təlimlər təəccüblüdür. Niyə bunu indi edirlər?” –İLHAM ƏLİYEV

İran TİR-lərinin gizli şəkildə Qarabağ bölgəsinə girməsi ilk dəfə baş vermir. Bu işğal dönəmində dəfələrlə baş vermiş məsələdir. Bu yük maşınları müntəzəm halda ora gedirdi. Bizim bu barədə məlumatımız var idi. Əlbəttə, indiki kimi dəqiq bilgilərimiz yox idi. Bunu nəzərə alaraq müxtəlif kanallarla İran tərəfinə bundan narazalığımızı bildirirdik. Amma bu proses davam edirdi”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində İran yük maşınlarının Azərbaycan ərazilərindən qanunsuz hərəkəti ilə bağlı danışarkən bildirib.

Prezident bildirib ki, savaş bitdikdən sonra artıq Laçın dəhlizi bizim gözümüz önündədir: “Bizim hərbçilərimizin mövqeləri  Xankəndinə gedən yola olan məsafə 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, ayrıca Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki imkanlara malikik. Kameralar var. Sputnik, PUA-lardan istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edirlər.

Belə vəziyyətdə mən Prezident Administrasiyasının məsul adamlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Dostcasına danışsınlar və buna son verməyin vacibliyini desinlər. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsilzikdir, buna son qoyulmalıdır. Bu barədə səhv etmirəmsə, iyul ayında söhbətimiz oldu. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq. Hər ayın əvvəlində bizdə məlumat olurdu nə qədər TİR çıxdı, neçəsi girdi, nə gətirdi, nə götürdü. Onların nömrələrinə qədər bizdə tam məlumat var idi. Bunlar KİV-də yer aldı. Amma sonra nə etdilər. İran TIR-larına erməni nömrələri yapışdırmağa başladılar. Belə saxtakarlığıa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə bir bacarıqsızlıqla elədilər ki, maşının üstündə farsa yazırdılar, aşağıda erməni nömrələri… Deyim ki, eyni nömrələri müxtəlif maşınların üstünə yapışdırırdılar. Bu iş qədər qarmaqarışıq edilirdi ki. Bu onu göstərirdi ki, bu işi davam etdirmək, amma pərdələməyə çalışırlar.

Belə vəziyyətdə bir ay keçdikdən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik, İranın Azərbaycan səfiri XİN dəvət edildi. Narazılıq ona bildirildi və bu duruma son verilməsi istənildi.

Bu avqustun ortalarına olanlardır. Ümid edirdik ki, buna son qoyulacaq. Amma 11 avqust-11 sentyabr arasında 60 İran TİR-ı gizli şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün praktik addımlar atdıq. Bizim davranışımız və addımlarımız məsuliyyətlidir və dostluq əlaqələrinə dayanır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət nöqtələri, gömrük, sərhəd, polis. Beləcə biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq. Bundan sonra Qarabağa gedən TİR-ların sayı sıfıra endi. Bura qədər gedib çıxmağa gərək var idimi?

Orada rus sülhməramlılarının nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Bu bazar o qədərmi önəmlidir? Bu ticarət dost və qardaş gördüyün ölkəyə hörmətsizlik edəcək qədərmi mühümdür?

Əlbəttə biz beynəlxalq konvensiyaları bə beynəlxalq hüquqla təspit edilən bütün vasitələrdən istifadə etdik. Bəziləri deyir ki, sadəcə İran avtomobillərindən vergi alırsınız. Biz indi xarici ölkəyə gedəndə gömrük vergisi ödəmirikmi? Ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirlərsə vergi ödəməlidir. Bu məsələnin bir tərəfi.”

Dövlət başçısı İranın sərhədlərimiz yaxınlığında keçirdiyi hərbi təlimlərə də münasibətini bildirib:

“Sərhədlərimizin yaxınlığında aparılan hərbi təlimlərə gəlincə, bu çox təəccüblü hadisədir. Çünki son 30 illik müstəqillik dönəmində belə hadisə olmayıb. İlk olaraq deyə bilərəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimləri keçirə bilər. Bu onun haqqıdır. Buna kimsə nəsə deyə bilməz.  Amma bunu müəyyən zaman kəsiyində analiz edəndə bunun heç zaman olmadığını görürürk. Niyə indi və nə üçün bizim sərhədlərimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünyadakı azərbaycanlılar verir. Bir sual da verilir ki, nə üçün işğal dönəmində bu təlimlər keçirilimirdi? Ermənilərin Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dönəmlərdə nə üçün bu təlimlər keçirilimirdi? Nə üçün biz bu torpaqları azad etdikdən sonra, 30 illik əsarət və işğala son verdikdən sonra bu edilir. Bu suallar qanunauyğun suallardır. Əlbəttə, biz bölgədə iş birliyinə zərbə vuracaq heç bir durumun olmamasını istəyirik. Birdaha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və ölçülü davarınır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiya müvəqqəti xarakter daşıyır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyevin Anadolu Agentliyinə verdiyi MÜSAHİBƏ:

Sonrakı məqalə

Prezident Rusiya sülhməramlılarının işindən danışıb: