Prezident şəhid general Polad Həşimovla bağlı tapşırıq verdi

30 İyul 2020 - 14:06

İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azpost.info xəbər verir ki, tədbirdə çıxış edən Prezident İlham Əliyev Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.