Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Prezidentin adından saxta müraciətlər hazırlayanlara hökm oxundu

User 05 Dekabr 2025 - 16:59 (Last updated: 05 Dekabr 2025 - 16:59)
hakim02

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən kibercinayətkar şəbəkənin üzvləri – Sərdar Niftalıyev və Rafiq Zöhrabovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

AzPost APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib.

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Sərdar Niftalıyevə və Rafiq Zöhrabova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı DTX-nin İstintaq baş idarəsində AR Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

AzPost.az

Post navigation

Previous: Ölkədə 21 peşə məktəbi tikiləcək –
Next: Netflix məşhur “Warner Bros.” şirkətini aldığını elan edib

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Qara dəniz ticarət gəmiçiliyi üçün dünyanın ən ölümcül dənizinə çevrilib. Financial Times qəzetinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış...
Read more about Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.