Prezidentin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi və Əsasnaməsi təsdiq edilib –FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında ƏSASNAMƏ-ni təsdiq edib.

1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin (bundan sonra – Xidmət) rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Xidmətin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

2. Xidmətin rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır.

3. Xidmətin rəsmi emblemi onun hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında və inzibati binalarının adı göstərilən lövhələrində də yerləşdirilə bilər.

4. Xidmətin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

4.1. Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında;

4.2. Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).

Əvvəlki məqalə

Ötən il dünyada 8 min miqrant həlak olub

Sonrakı məqalə

QMİ Ramazan ayının başlaması münasibətilə fətva verib