Prezidentin xüsusi nümayəndəsi Ağdama getmək istəyənlərə çağırış etdi:"Bu ünvana müraciət edin"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama getmək istəyən əhaliyə çağırış edib.

O, bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.

“Səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəniz və COVID-19 pasportunun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərməyiniz tələb olunur.

Şəhid ailələri, qazilər və yaşı 60-dan yuxarı olan Ağdam əhalisinə üstünlük verilir”, – deyə E.Hüseynov qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir