“Prezidentliyə namizəd Svetlana Tixanovskaya sui-qəsd hazırlanır”-

Belarus DTK-sı sensasiyalı açıqlama verdi
10 Avqust 2020 - 21:40

Belarus Dövlət Təhlükəsizlik Komitəsi müxalifətçi namizəd Svetlana Tixanovskaya qarşı sui-qəsd hazırlandığını bəyan edib.

Azpost.info bildirir ki, bu barədə DTK-nın sədri Valeri Vakulçik ONT TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müxalifətçinin seçki qərargahından Tixanovskaya qarşı sui-qəsd ediləcəyi barədə informasiya alıblar. “Qərargah təxribat və suai-qəsddən ehtiyat edir”.

Onun sözlərinə görə, eyni zamanda DİN ekstemizmlə mübarizə xətti ilə informasiya ələ keçib. O səs yazısında “daha mühüm qurban lazımzdır” deyilir. Məlumatı göndərən artıq müəyyən olunub, yaxın vaxtda saxlanılacaq.  Prezident Lukaşenkoya təcili məlumat verilib.