“Prezidentliyi davam etdirmək üçün özümdə güc hiss edirəm”- PUTİN

2000-ci ildən hakimiyyətdə olan Rusiya lideri Vladimir Putin hələ də prezident postunu tutmaq və dövlətə rəhbərlik etmək gücündə olduğunu bildirib.

Azpost.info xəbər verir ki, 71 yaşlı Putin bunu Çukotkada Anadır ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Mən artıq yetkin bir insanam. Buna baxmayaraq, işləmək, ölkənin qarşısında duran problemləri həll etmək üçün özümdə güc və enerji hiss edirəm”, – o bildirib.

İş stresindən danışan prezident köhnə bir lətifəni xatırladıb: “Necə dincəlirsən? Gərgin olmuram”.

Bununla belə, Putin “bəzən həyat sizi gərginləşdirir”, – deyə qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.