“Ukrayna müharibəsi dünyada təhlükəsizlik konseptini kökündən dəyişdi” –ƏRDOĞAN

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünyada təhlükəsizlik konseptləri kökündən dəyişib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Kəşfiyyat Təşkilatının qurulmasının 97-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, dünya ölkələri artıq silahlanma yarışına girərək təhlükəsizlik struktur və qurumlarına geniş səlahiyyətlər verir.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə 2023-cü ildə müdafiə sənayesi sahəsində 5,5 milyard dollarlıq ixracata imza atıb. (APA)

Əvvəlki məqalə

Qlobal istiləşmə Azərbaycan ərazisində də özünü göstərir

Sonrakı məqalə

“Prezidentliyi davam etdirmək üçün özümdə güc hiss edirəm”