Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Prezidentlər Yeltsin və Nazarbayev 34 il əvvəl Gəncəyə niyə gəlmişdi?

User 10 Dekabr 2025 - 14:52 (Last updated: 10 Dekabr 2025 - 15:00)
ПРЕЗИДЕНТ РОССИЯ ЕЛЬЦИН МУТАЛИБОВ НАЗАРБАЕВ

Azərbaycan on illiklər boyu davam etmiş Qarabağ münaqişəsinə birdəfəlik son qoya bildi.

Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu qələbə qaznaraq bu qanlı savaşın kökünü qazdı.

SSRİ-dən miras qalmış bu problem siyasi alver, yalançı “sülh səyləri” və geopolitik savaş rıçağına çevrilərək xalqlara əzab gətirdi.

AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində bu şəkli təqdim edir.

1991-ci ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası  (RSFSR) prezidenti seçilən Boris Yeltsin Qarabağ münaqişəsini həll etmək üçün səy göstərib. SSRİ prezidenti Mixail Qorbaçovla açıq konfliktdə olan Yeltsinin vasitəçi rolunda çıxış etmək istəməsi problemi həll etməklə SSRİ prezidentinin aciz qaldığı bir məsələdə öz nufuz üstünlüyünü göstərmək cəhdi idi.

Sentyabrın 1-də Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana gəlir.

Bakıda B.Yeltsin və N. Nazarbayev prezident Ayaz Mütəllibovla görüşür və son proseslər ciddi müzakirə edilir. DQMV-ə birgə getmək qərara alınır. Yeltsin və Nazarbayev daha sonra AXC-nin liderləri ilə görüşərək Dağlıq Qarabağla bağlı müzakirə aparırlar. Hər iki prezident görüşdə sərhədlərin dəyişdirlməməsi prinsipinə sadiq olduqlarını və Azərbaycanın daxili işlərinə qarşımayacaqlarını bəyan edirlər.

AXC nümayəndələri bildirirlər ki, Ermənistanla danışıqlara başlamaq olar. Bunun üçün Ermənistan DQMV-i özünə birləşdirmək barədə qərarını ləğv etməli, Ter-Petrosyan Ermənistandan Qarabağa gəlmiş hərbi dəstələri çıxarmalıdır.

Bakıdan  Yeltsin Dağlıq Qarabağ Muxtar Vilayətinə gedir.  Rusiya və Qazaxstan və Azərbaycan prezidentləri Bakıdan Gəncəyə üz tuturlar.

Azpost.info-nun “FOTOXRONİKA” layihəsində təqdim etdiyi şəkil həmin səfər zamanı Gəncədə çəkilib.

Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibov buradan Xankəndinə gəlirlər. Bu zaman şəhər meydanında ermənilərin 40 minlik mitinqi təşkil olunur. Mitinqdə qısa çıxış edən Rusiya prezidenti Dağlıq Qarabağın Vilayət Sovetinin binasında separatçı erməni hərəkatının nümayəndələri ilə görüşür.

Azərbaycan prezidenti Ayaz Mütəllibov bu görüşdə iştirak etməkdən imtina edir.

Əhali ilə görüşdən sonra Yeltsin İrəvana gedir. Bundan sonra Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağla bağlı danışıqar prosesinə start verilir. 24 sentyabr 1991-ci ildə Şimali Qafqazın Jeleznovdsk şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında görüş keçirilir. Sentyabrın 24-də Jeleznovdskda birgə memorandum imzalanır. Sənədi BorisYeltsin, Nursultan Nazarbayev, Ter-Petrosyan və Ayaz Mütəllibov imzalayır. Danışıqlarda separatçı hərəkatın lideri Robert Koçaryan, Dağlıq Qarabağ Vilayət Sovetinin sədri Leonard Petrosyan və Şuşa şəhər İcraiyyə Komitəsinin sədri Vaiqf Cəfərov müşahidəçi qismində iştirak edirlər.

 

Jeleznovodsk memorandumu başlanacaq müharibəni dayandırmaq üçün aşağıdakı addımları nəzərdə tuturdu:

Dağlıq Qarabağla bağlı bütün antikonstitusion aktların qüvvədən düşdüyünü tanımaq(Söhbət DQMV-in 20 fevral 1988-ci ildə sovet Azərbaycanının tərkibindən çıxmaq haqqında vilayət sovetinin qərarından və Azərbaycanın 28 noyabr 1989-cu ildə DQMV-in inzibati ərazi vahidi kimi ləğv olunması barədə qəbul etdiyi qərardan gedir);

Atəşi dayandırmaq;

SSRİ daxili qoşunları istisna olmaqla, münaqişə bölgəsindən bütün silahlı qruplaşmaları çıxarmaq;

10 bənddən ibarət olan memurandum 1 yanvar 1992-ci ildən qüvvəyə minməli idi.

Jeleznovdsk Memorandumu elə kağız üzərində də qaldı.

 

AzPost.az

Post navigation

Previous: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıb –
Next: Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda dekabr pensiyaları ödənilib

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
Faydalı və ya tam taxıllı adı ilə satılan hər çörəyin həqiqətən yüksək qida dəyərinə malik olduğu düşünülməməlidir....
Read more about Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
Putinin iqamətgahı niyə bu qədər qorunur? – 50-dən çox HHM mövqeyi qurulub putin
  • Dünya

Putinin iqamətgahı niyə bu qədər qorunur? – 50-dən çox HHM mövqeyi qurulub

User 26 Oktyabr 2026 - 13:40
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib ilham iet
  • Siyasət

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

User 26 Oktyabr 2026 - 13:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.