“ABŞ administrasiyası hesab edir ki, Rusiyada qiyam cəhdi Ukraynada xüsusi hərbi əməliyyatla bağlı məsələlərin daxili ölçülərini nümayiş etdirir”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Bu son epizod müəyyən dərəcədə xüsusi hərbi əməliyyatdakı uğursuzluğun daxili ölçülərini göstərir. Rusiya prezidenti Vladimir Putin bir çox yeni suallara cavab verməli olacaq. Fakt ondan ibarətdir ki, Priqojin birbaşa prezident Putinə meydan oxudu. Onun Putinin müharibəyə başlama səbəblərini şübhə altına alması faktı əhəmiyyətlidir”, – Blinken qeyd edib.
Azpost.info