“Vaqner”in rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi Minskdən Moskvaya doğru uçub.
Azpost.info xəbər verir ki, bunu “flyradar24”ün məlumatları ortaya qoyub.
“RA-02795 nömrəli Embraer Legacy 600 təyyarəsi dünən axşam saat 22:39-da Maçulişçi hərbi aerodromundan havaya qalxıb.
Təyyarə iyunun 27-də Moskva vaxtı ilə saat 07:40-da Minsk yaxınlığındakı Maçulişçi hərbi aerodromuna enmişdi. İlk saatlarda Priqojinin bu təyyarədə olub-olmadığı məlum deyildi. Lakin sonradan Belarus prezidenti Aleksandr Lukaşenko onun ölkə ərazisində olduğunu təsdiqlədi.
İyunun 24-də başa çatan silahlı qiyamdan bir gün sonra Priqojinin təyyarəsi Rostovdan Sankt-Peterburqa uçmuşdu. “Important Stories”in məlumatına görə, bu, 2019-cu ildən ABŞ-ın sanksiyaları altında olan RA-02795 nömrəli təyyarədir.
Azpost.info