“Priqojinin təyyarəsinin raketlə vurulması təsdiqlənməyib”- “The New York Times”

“Yevgeni Priqojinin təyyarəsinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulması versiyası peyk kəşfiyyatı tərəfindən təsdiqlənməyib”.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Peyklərdən bunu sübut edə biləcək heç bir raket buraxılışı qeydə alınmayıb.

Nəşr qeyd edir ki, Qərb və ABŞ rəsmiləri Priqojinin aradan qaldırılması əmrini Putinin verdiyinə inanırlar.

Priqojinin təyyarəsinə Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumu barədə “Financial Times”a Qərb rəsmisi qəzadan sonrakı ilk saatlarda açıqlama verib. Bir gün sonra isə bu versiyanı “Reuters”ə danışan ABŞ rəsmiləri təkrarlayıb. Lakin peyk yoxlamasından sonra partlayış versiyası gündəmə gəlib.

CNN mənbələri bildiriblər ki, müxtəlif versiyalat nəzərdən keçirilir və istintaq ilkin mərhələdədir.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərə gedib

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə Zar kəndinin təməlqoyma mərasimində iştirak edib