Priqojinin “YaRus” sosial şəbəkəsi bağlandığını elan edib

Əsas sponsoru “Vaqner”in qurucusu Yevgeni Priqojin olan yerli sosial şəbəkə “YaRus” hərbi qiyam cəhdindən sonra fəaliyyətini dayandırdığını elan edib.

Azpost.info xəbər verir ki, şirkət bağlanmasını qeyri-sabit siyasi vəziyyətlə izah edib.

“Böyük təəssüf hissi ilə biz sosial şəbəkənin iyunun 30-dan fəaliyyətini dayandırdığını elan etmək məcburiyyətindəyik. Mövcud vəziyyəti hərtərəfli təhlil etdikdən sonra əmin olduq ki, bu, yeganə mümkün həll yoludur”, – sosial şəbəkənin Teleqram kanalında deyilir.

Şirkət qeyd edir ki, “YaRus”un yaradılması çoxlu sərmayə tələb edirdi və onlar bunu tapıblar. Lakin siyasi vəziyyətə görə layihəyə dəstək dayandırılıb.

“Biz yeni investorlar axtarırıq”, – şirkət qeyd edir.

Sosial şəbəkə “Zen”, “Instagram” və “TikTok”un “vətənpərvər analoqu” kimi yaradılıb. Onu Nijni Novqoroddan olan sahibkar Dmitri İlyuxin təsis edib. Onun sözlərinə görə, mart ayında sosial şəbəkə tətbiqini 500 mindən çox insan yükləyib, aylıq artım isə təxminən 170 min nəfər olub.

Ümumilikdə, “YaRus”un heyətində Priqojinin ayda 10 milyon rubl xərclədiyi 63 nəfər var.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Açıq Hökumət Platforması Fransada AZTV əməkdaşlarına olan təzyiqi pisləyib